Tribuna İnformasiya Agentliyi

“Rəvan Sığorta”nın Direktorlar Şurasının sədri dəyişib

11 Sentyabr

“Rəvan Sığorta” ASC-nin Direktorlar Şurasına (DŞ) yeni sədr təyin edilib. “Report” xəbər verir ki, bununla bağlı qərar şirkətin səhmdarlarının sentyabrın 2-də keçirilmiş ümumi yığıncağında qəbul edilib.
Qərara əsasən, indiyə qədər DŞ-ya rəhbərlik edən Emin Abbasovu Surxan Əhmədov əvəz edib. O, həm də “Rəvan Sığorta”nın daxil olduğu “Nurgun Group Of Companies” MMC-nin direktoru, eləcə də bu holdinqə məxsus “NBC Bank” ASC-nin 4,3%-lik səhmdarıdır.
Xatırladaq ki, “Rəvan Sığorta” 1998-ci ildə “Double Insurance Company” kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını “Star Alyans Sığorta”ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizanmamə kapitalı 8 900 071,2 manatdır. Şirkətin səhmlərinin 49,1%-i “Nurgun Group of Companies”ə, 42,36%-i “Nurgun Motors” MMC-yə, 8,54%-i isə “NBC Bank”a məxsusdur.