Tribuna İnformasiya Agentliyi

Qusarda vəzifəli şəxs avtomobilini gölə aşıraraq ölüb

09 Noyabr

Qusar rayonunda ağır yol qəzası baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Qusar-Həzrə yolunun 16-cı kilometrliyində, rayonun Yasab kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Həzrə kənd sakini Vəlixan Vəlixanov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı gölə aşırıb.

Nəticədə avtomobilin sürücü V.Vəlixanov suda boğularaq ölüb. Avtomobildə olan daha 3 sərnişin xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, V.Vəlixanov Qusar Rayon İcra Hakimiyyətinin Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsidir.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.