“Qusara evimə getmək istədim, postdan geri qaytardılar…”-Cavan Zeynallıbackend

“Qusara evimə getmək istədim, postdan geri qaytardılar…”-Cavan Zeynallı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Əlbəttə, darıxıram, nə konsert, nə televiziya, nə də bir veriliş var, qalmışıq evdə…”
Bunu  açıqlamasında Xalq artisti Cavan Zeynallı deyib. O, Bakıda evdə darıxdığını bildirib:
“İstədim karantin başlayanda Qusardakı evimə gedim, amma postdan geri qaytardılar. Gərək tez gedəydim, amma onda da işim oldu, gedə bilmədim. Deyirlər ki, iyulun 5-dən sonra yumşalma olacaq onu gözləyirik. Əlbəttə, darıxıram, nə konsert, nə televiziya, nə də bir veriliş var, qalmışıq evdə. Yenə hərdən parka çıxırıq. Mən Xətai metrosunun yanında yaşayıram, Xocalı parkında çıxıb hava alırıq. Virusa görə maska taxıram, mən də, həyat yoldaşım da özümüzü qoruyuruq. Maskayla da adam nəfəs almaqda çətinlik çəkir. Koronavirus zəhrimara da kiminsə Xalq artisti, müğənni və ya cazmen olmasının fərqi yoxdur, o gələndə heç kimə fərq qoymur…”