Tribuna İnformasiya Agentliyi

Qurumuş ağacların yerinə yeniləri əkilib (FOTO)

27 Noyabr

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində qurumuş ağacların çıxarılaraq yerində yenilərinin əkilməsi məqsədilə başlanan aksiya bu gün Suraxanı rayonu, Yeni Günəşli qəsəbisində davam etdirilib.

Nazirlikdən TİA.AZ-a verilən məlumata görə, aksiya zamanı 285 saylı orta məktəbin qarşısındakı 8 qurumuş ağacın yerinə 30 ədəd həmişəyaşıl sərv və şam ağacları əkilib. Məktəbin kollektivi ağacların əkilməsində fəal iştirak edib.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi şəhər sakinlərini bu aksiyalarda fəal iştirak etməyə çağırır.