“Quru sərhədlərinin bağlanması ilə 10 minlərlə vətəndaş acınacaqlı duruma düşdü”backend

“Quru sərhədlərinin bağlanması ilə 10 minlərlə vətəndaş acınacaqlı duruma düşdü”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Quru sərhədlərinin bağlanması ilə 10 minlərlə Azərbaycan vətəndaşı acınacaqlı duruma düşdü”.

Bu sözləri deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında deyib.

 O, qeyd edib ki, Milli Məclisdə bununla bağlı məsələ qaldırdıqda onun əksinə qərar qəbul olunur:
“Xatırlayırsınızsa, quru sərhədlərinin açılması ilə bağlı qərar qəbul olundu. Ola bilsin ki, dövlətin bildiyi nələrsə var, hansısa arqumentlər var. Amma 10 minlərlə Azərbaycan vətəndaşı acınacaqlı duruma düşdü. 100 minlərlə insanın istirahət hüququ, müalicə, sağlamlıq hüququ pozuldu. Quru sərhədlərlə 5-6 ay əvvəldən bilet alıblar, bağlandı, problemləri də üst-üstə qalandı”.
 
“Bu, kasıb əhaliyə aiddir, çünki onlar AZAL-ın təklif etdiyi qiymətlərlə bilet ala bilmirlər, ancaq quru yolla gedə bilərlər. Bu da bizim burada məsələni dəfələrlə qaldırdığımızdan sonra onun əksinə qərar qəbul olunan məsələlərdən biridir”, deyə deputat qeyd edib.