“Quru sərhədləri Rusiyadakı azərbaycanlılara bağlamaq olmaz” – Natiq Cəfərlibackend

“Quru sərhədləri Rusiyadakı azərbaycanlılara bağlamaq olmaz” – Natiq Cəfərli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyanın istənilən yerindən olan Azərbaycan vətəndaşlarının quru sərhədlərlə öz ölkəsinə keçmək haqqı var. Bu, hamımızın Konstitutsiya ilə haqqımızdır, Lakin indiki məqamda bu haqqımız pozulur. Dövlətimiz xarici vətəndaşları burxmaya bilər, amma Azərbaycan vətəndaşları öz Vətəninə quru sərhədlərdən sərbəst şəkildə keçməlidir”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında REAL Partiyasının sədr müavini Natiq Cəfərli azərbaycanlıların Rusiyadan ölkəmizə gəlməkdə çətinlik çəkməsi barədə danışarkən deyib.
Natiq Cəfərlinin fikrincə, Azərbaycan vətəndaşı olan şəxslər üçün sərhədlərin qapalı olması doğru deyil:

“Azərbaycan vətəndaşı” anlayışı ilə azərbaycanlı, yaxud soydaş anlayışı fərqlidir. Rusiyada icazə ilə işləyən Azərbaycan vətəndaşı olan şəxslər səfərbərliyə çağırıla bilməz. Çünki Rusiya dövləti qarşısında heç bir öhdəlikləri yoxdur. Onların istənilən an Azərbaycan pasportu ilə ölkəsinə dönməsi Konstitutsiyamızın verdiyi hüquqdur. Rusiya dövləti başqa ölkənin vətəndaşını səfərbər edə bilməz. Azərbaycan dövlətinin borcudur ki, öz vətəndaşını qəbul etsin. Təhlükəsizliklə bağlı doğurdan da bəzi problemlərin olması ehtimalı var. Bu mənada başqa ölkənin vətəndaşlarına sərhədləri bağlamaq anlaşılandır, amma Azərbaycan vətəndaşının ölkəsinə qayıtması üçün şərait yaradılmalıdır”.
N.Cəfərli hesab edir ki, Rusiya vətəndaşı olan azərbaycanlılara hüquqi yardımla bağlı ayrıca bir proqram qəbul edilə bilər:
“Rusiya vətəndaşlığını alan azərbaycanlıların sayının təqribən 700-800 min nəfər olduğu deyilir. Onlar üçün bu daha dərin problemdir. Çünki Rusiya vətəndaşlığı varsa, Rusiya dövləti qarşısında öhdəlikləri də var. Yəni, ən azından vətəndaşlıq alarkən bunu düşünməli idilər. Onlara da soydaşlıq məntiqi ilə yanaşaraq, hüquqi yardımlar edilməlidir. Çünki Rusiyada səfərbərlik çox böyük biabırçılıqla aparılır, qanunlar, qaydalar pozulur. Qanunla səfərbərliyə düşməyən insanları da müharibəyə aparırlar. Bu cür insanlarımıza kömək üçün Moskvada, Peterburqda və böyük şəhərlərdə Azərbaycan dövləti, səfirlik, konsulluq xidmətləri hüquqi yardım mərkəzləri açmalıdır. Məsələn, əsgərlikdə olmayan, 3 və daha artıq övladı, yaxud hansısa xəstəlikləri olan Rusiya vətəndaşlığı daşıyan azərbaycanlıları səfərbərlikdən qoruya bilərlər. Dünən Vladimir Putin etiraf etdi ki, səfərbərlik böyük qanun pozuntuları ilə keçirilir”.