“Qurd əfsanəsi” tamaşası təqdim olunub-FOTObackend

“Qurd əfsanəsi” tamaşası təqdim olunub-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SƏHNƏ teatrının hazırladığı “Qurd əfsanəsi” monotamaşası Xırdalan bələdiyyəsinin təşkilatçılığı ilə təqdim olunub.

TİA.AZ xəbər verir ki,Xırdalan bələdiyyəsinin Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin və Göte İnstitutunun birgə dəstəyi ilə həyata keçirdiyi “EU4Culture” – Şərq Tərəfdaşlığı ölkələrində Mədəni İnkişaf Strategiyalarının Hazırlanmasında qeyri-paytaxt şəhər və rayonlarına dəstək layihəsi çərçivəsində 3 iyun 2022-ci ildə Abşeron rayon Mədəniyyət Mərkəzində Türk-Oğuz əfsanələrinin motivləri əsasında SƏHNƏ teatrının hazırladığı “Qurd əfsanəsi” monotamaşası təqdim olundu.
Minilliklər əvvəl yaşamış bütün xalqların şər qüvvələrdən onları qoruya biləcək, xilaskar kimi baxdıqları totemləri olmuşdur. Göy Qurd (Gökbörü) totemi Türk xalqları arasında daha çox yayılmışdır. Əfsanələrə görə Tanrı Qurdu şər qüvvələrə qarşı aparılan mübarizədə İnsana kömək etmək, yol göstərmək üçün səmadan yer üzünə göndərib.
Musiqinin və ritualların müşayəti ilə bəhs edilən hadisələri tamaşaçılara Şaman söyləyir. Tamaşada Qurd totemi dilindən və dinindən asılı olmayaraq yer üzündə müəyyən sərhədlər daxilində yaşayan insanlara yardım edən, Tanrının göndərdiyi ilahi qüvvə kimi təqdim edilir.
Tamaşanın müəllifi Xaqani Əliyev, quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı Rəşad Yaqubov, musiqi tərtibatı Tural Əzizdir.
Mono tamaşada Şaman obrazında aktyor Tural Əziz çıxış edir.
Tamaşa tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.