Tribuna İnformasiya Agentliyi

Qurbanovun imtina etdiyi təzminat – Fantastik məbləğ

11 Dekabr

Milli komandanın sabiq baş məşqçisi Qurban Qurbanovun ona veriləcək təzminatdan imtina etməsi ilə bağlı AFFA-ya rəsmi müraciət daxil olmayıb.

Bu sözləri Axar.az-a açıqlamasında AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib. O bildirib ki, əgər sabiq baş məşqçi bununla bağlı assosiasiyaya rəsmi şəkildə müraciət edərsə, məsələyə baxılacaq.

Qurumun sözçüsü Q.Qurbanova veriləcək kompensasiyanın məbləğini açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl Qol.az saytı Qurban Qurbanovun ötən il imzalanmış 3 illik müqavilənin vaxtından əvvəl ləğv olunmasına görə AFFA-nın ona ödəməli olduğu təzminatdan imtina etdiyini yazmışdı.

***

Qurban Qurbanov yığmanın baş məşqçisi olaraq aylıq 17 min manat maaş alıb. Bu isə illik 204 min manat deməkdir. Beləliklə, AFFA-nın qarşıdakı iki il üçün müqaviləni vaxtından əvvəl ləğv etdiyini nəzərə alsaq, Q.Qurbanovun 408 min manatdan imtina etdiyi məlum olur.