Qurban Qurbanovdan millinin oyunçularına qadağa qoydubackend

Qurban Qurbanovdan millinin oyunçularına qadağa qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov futbolçulara mətbuata danışmaq qadağası qoyub.
TİA.AZ qol.az-a istinadən xəbər verir ki, bu qərar UEFA Millətlər Liqasının Maltaya qarşı Bakıda keçirilən oyunundan (1:1) sonra verilib.
Qeyd edək ki, həmin matç  yekunlaşandan sonra bir neçə futbolçu mətbuata qısa açıqlama verib. Amma bundan sonra futbolçulara mətbuata danışmaq qadağası tətbiq edilib. Qadağa yalnız milli komandaya aiddir. Futbolçular öz klublarındakı çıxışları barədə isə danışa bilərlər.
Qeyd edək ki, saytın müxbirinin bu gün bir neçə futbolçumuzla milli barədə danışmaq cəhdi baş tutmayıb. Onlar Q.Qurbanovun qərarını əsas gətirərək milli haqda suallardan qaçıblar. Bu qadağanın hansı səbəbdən tətbiq edildiyi bilinmir.
Onu da qeyd edək ki, millinin matçlarından sonra heç vaxt futbolçulara komanda barədə danışmaq qadağası olmayıb.