Tribuna İnformasiya Agentliyi

Qurban Qurbanov yeddi pillə gerilədi

10 Oktyabr

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Oxu.Az xəbər verir ki, siyahıda yer alan millimizin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 1077 xalla 463-cü pillədə yer alıb.

Qurbanov ötən həftə ilə müqayisədə yeddi pillə geriləyib.

“Neftçi”nin baş məşqçisi Roberto Bordin isə 1015 xalla 481-ci pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən həftə ilə müqayisədə beş pillə geriləyib.

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. II pillədə Madrid “Atletiko”sunun argentinalı məşqçisi Dieqo Simeone qərarlaşıb. Braziliyanın “Qremio” klubunun çalışdırıcısı Renato Qauşo III yerdədir.