Qurban Qurbanov: “Şahruddin mənim ən güvəndiyim oyunçularımdandır”backend

Qurban Qurbanov: “Şahruddin mənim ən güvəndiyim oyunçularımdandır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Şahruddin mənim ən güvəndiyim oyunçularımdan biridir”.
TİA.AZ xəbər verir ki, bu sözləri “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Çexiya səfərindən qayıdarkən hava limanında jurnalistlərə açıqlamasında bildirib.
“Şahruddin Məhəmmədəliyev çox məyusdur. Mən onun yanındayam. Şahruddin ən güvəndiyim, daima öz üzərində çalışan oyunçularımdan biridir”.
Baş məşqçi həmçinin yaxın zamanlarda yeni transferin ola biləcəyini də istisna etmədi:
“Oyunçu sayımızın artmasını istəyirik. Az vaxt qalsa da, qarşıdakı günlərdə bu istiqamətdə müəyyən addımlar atmağa çalışacağıq”.
Qeyd edək ki, komandamız UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda Çexiyanın “Viktoriya Plzen” klubuna 2-1 hesabı ilə məğlub olaraq mübarizəsini Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.