Tribuna İnformasiya Agentliyi

Qurban Qurbanov millidən gedir!(?)

08 Dekabr

Dekabrın 8-də AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Komanda.az xəbər verir ki, qurumun inzibati binasında keçiriləcək iclasda bir sıra qərarların qəbul olunacağı gözlənilir.

Bunlardan biri də yığmanın baş məşqçisi Qurban Qurbanovla bağlıdı. Yenicag.az saytının yaydığı məlumata görə, təcrübəli mütəxəssis milli ilə vidalaşacaq. Onunla yanaşı, U-21 yığmamızın baş məşqçisi Rəşad Sadıqovun da millidən ayrılması gündəmdədi. Bu, iclasdan öncə olan son qərardı.

Son anda qərarın dəyişəcəyi ehtimalı da var. O da ola bilər ki, Qurbanov yığmada qalsın, Rəşad Sadıqov U-21-dən ayrılaraq “Qarabağ”ın “sükanı arxası”na keçsin. Hər halda məsələyə sabahkı iclasda aydınlıq gələcək.