Tribuna İnformasiya Agentliyi

Qurban Qurbanov daha bir vəzifədən istefa verir

08 Dekabr
Milli komandadan ayrılan Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin üzvülyündən də gedir.
Qaynarinfo xəbər verir ki, bu barədə 46 yaşlı mütəxəssis özü məlumat verib.
Qurbanov bildirib ki, komitə üzvləri onun qalmağını istəyib. Amma özü İcraiyyə Komitəsindən ayrılmaq və bütün diqqətini “Qarabağ”a yöləntmək niyyətindədir. Bu məsələyə komitənin fevral-mart aylarında keçirilməsi gözlənilən iclasında baxılacaq.