Qurban Məmmədov tapıldı: İngiltərədədir…backend

Qurban Məmmədov tapıldı: İngiltərədədir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə saxlanıldığı bildirilən Qurban Məmmədov İngiltərəyə yola salınıb.

TİA.AZ-ın  verdiyi xəbərə görə, bu barədə onun oğlu Qoşqar Məmmədov məlumat yayıb.

O bildirib ki, Q.Məmmədov artıq İngiltərədədir və evinə getmək üçün yoldadır: “Əlavə narahatlığa ehtiyac yoxdur, Türkiyə ilə bağlı heç bir problem yoxdur”.

Qeyd edək ki, bir neçə saat əvvəl Qoşqar Məmmədov atası Qurban Məmmədovun Türkiyədə saxlanıldığı haqda məlumat yaymışdı.

Azərbaycan Q.Məmmədovu beynəlxalq axtarışa verib.