Qurban Məmmədov həbs xəbərini özü yayıbmışbackend

Qurban Məmmədov həbs xəbərini özü yayıbmış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Yayılan informasiyalara görə, Azərbaycan xalqından üzr istəyirəm. Türkiyə dövlətindən, xalqından da üzr istəyirəm. Çünki sosial şəbəkələrdə Türkiyənin əleyhinə həm hakimiyyətin daxilində, həm də hakimiyyətdən kənarda olan qüvvələr təbliğat apardılar. Bu, çox təəssüfləndirici haldır”.
 
TİA.AZ xəbər verir ki, bu sözləri “Musavat TV”nin canlı efirində Türkiyədə həbs edilməsi barədə xəbərlər yayılan Qurban Məmmədov deyib.
Q.Məmmədov bu məlumatı məqsədli şəkildə yaydığını da etiraf edib: “Mən bu müddət ərzində Türkiyədə olmamışam. Azərbaycan hökuməti mənim barəmdə cinayət işi açıb və axtarışa verib. Mən də öz təhlükəsizliyimi daha da artırmalıyam. Mənim başqa bir yerdə müəyyən yoldaşlarla görüşüm var idi. Ona görə də diqqət yayındırmaq üçün bu aksiya planlaşdırıldı”.
Məmmədov əlavə edib ki, “İnterpol” onu axtardığı halda başqa ölkəyə gedəsi deyil: “Hər kəs bilməlidir ki, Türkiyə hüquqi dövlətdir, qanunların şah olduğu müqəddəs bir məmləkətdir”.
Qeyd edək ki, Qurban Məmmədovun Türkiyədə saxlanılması xəbərini oğlu Qoşqar Məmmədov sosial şəbəkə vasitəsilə yayıb. Bir qədər sonra isə Qoşqar Məmmədov təkrar status yazaraq, öz xəbərini təkzib edib. (qafqazinfo)