backend

“Quranda belə məsələlər yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bəzi insanlar qızların erkən yaşda ərə getməsini dinlə əlaqələndirirlər, amma islam dinində – “Qurani Kərim”də belə məsələlər yoxdur. 

Azərbaycanda bəzi insanlar qızların erkən yaşda ərə getməsini dinlə əlaqələndirirlər, amma islam dinində – “Qurani Kərim”də belə məsələlər yoxdur.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün “Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız” mövzusunda keçirilən tədbirdə bildirib.

H.Hüseynova deyib ki, əslində, bunlar hamısı insanların yaratdığı stereotiplərdir və onların əsasında doğru olmayan ailə modeli formalaşdırırlar: “Deyirlər ki, guya dində belədir. Əslində isə “Quran”da qadınların da hüquqları qorunur. Əgər insanlar bunları qəbul etsəydi, cəmiyyət başqa cür olardı”.

Problemlərin çoxunun dini kəbinlə bağlanan nikahlardan qaynaqlandığını deyən H.Hüseynova bildirib ki, bəzən atalar qızlarının ailə həyatı dağıldıqdan sonra komitəyə hüquqlarının qorunması üçün müraciət edirlər: “Amma müraciət araşdırılarkən məlum olur ki, həmin qızların nikahı rəsmi dövlət qeydiyyatına alınmayıb. Buna görə də onlar öz hüquqlarını yetərincə qoruya bilmirlər”.