Quqlun baş direktoru Pentaqona getdi – Gizlibackend

Quqlun baş direktoru Pentaqona getdi – Gizli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quql (Google) şirkətinin baş direktoru Sundar Piçai Pentaqonu məxfi şəkildə ziyarət edib.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Piçainin məxfi səfərinə səbəb Quqlun Pentaqonun proqramlarından birində iştirakla bağlı müqaviləni uzatmaq istəməməsi olub. Müdafiə Nazirliyində bir sıra rəsmi şəxslərlə görüşən Piçai şirkətlə Pentaqon arasında yaranan gərginliyin aradan qaldırılmasına çalışıb.