backend

“Qubanın dünya okeanına çıxışı var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba Rayon İcra Hakimiyyətinin saytında rayonun dünya okeanına çıxışı olduğu iddia edilib. 
Quba Rayon İcra Hakimiyyətinin saytında rayonun dünya okeanına çıxışı olduğu iddia edilib.

TİA.AZ azxeber-ə istinadən xəbər verir ki, rayon icra hakimiyyətinin “www.quba-ih.gov.az” adlı saytında rayonun coğrafi mövqeyi ilə bağlı şişirdilmiş məlumat yerləşdirilib. Belə ki, saytda Quba rayonunun Buduq inzibati ərazi vahidliyinə daxil olan Yalavanc kəndindən Xəzərə, dünya okeanına isə Volqa-Don kanalı və Volqa-Baltik su yolu ilə bilavasitə çıxışı olduğu bildirilib.
Saytda yazılan bu məlumat sosial şəbəkələrdə də gülüşlə qarşılanıb. İcra hakimiyyətinin hansı məntiqlə Qubanın dünya okeanına çıxışı olduğunu iddia etməsi isə açıq qalan suallar arasındadır.
Mövzu ilə bağlı “facebook” hesabında status yazan professor Altay Göyüşov “moderator”a açıqlamasında mövcud durumu gülünc adalandırıb: “Əvvəla, Yalavanc kəndi inzibati cəhətdən Quba rayonundadır, amma coğrafi cəhətdən Şabranda. Buduqa aid edilməsinin səbəbi isə linqvistikdir. Çünki yalavanclılar buduq dilində danışır. Amma söhbət onda deyil. Sohbət ondadır ki, o məntiqlə Azərbaycan da dörd tərəfdən okeanla əhatə olunub. Bir də gülməlisi odur ku, yazıblar “bilavasitə”. Yəni, Qubanın vasitəsiz, birbaşa dünya okeanlarına çıxışı var”.