Qubadlını azadlığa qovuşduran qəhrəmanlardan biri-VİDEObackend

Qubadlını azadlığa qovuşduran qəhrəmanlardan biri-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında əslən Lerik rayonundan olan Sumqayıt şəhər sakini Murad Məmmədov da var.

“Report” xəbər verir ki, Vətən müharibəsində Məmmədovlar ailəsindən iki igid döyüşüb – Murad və qardaşı Nurlan.

Murad Yusif oğlu Məmmədov 1995-ci il iyulun 12-də Sumqayıt şəhərində anadan olub.

Sumqayıt şəhəri 22 saylı orta məktəbi əla qiymətlərlə bitirən Murad 2013-cü ildə Azərbaycan Texniki Universitetinin Elektroenergetika mühəndisliyi fakültəsinə daxil olub.

Ali təhsilini başa vurduqdan sonra, 2018-ci ilin iyul ayında hərbi xidmətə yola düşüb. Daşkəsəndə yerləşən N saylı hərbi hissədə Vətənə borcunu yerinə yetirib. Xidməti ərzində AQS üzrə yarışmalara gedib nailiyyətlər qazanıb. 2019-cu ilin iyul ayında hərbi xidməti bitirib.

M.Məmmədov mülki həyata qayıtdıqdan sonra imtahan verib “Azərişıq”da işə düzəlib, mühəndis kimi fəaliyyətə başlayıb.

Murad idmana da böyük həvəs göstərirmiş. Uzun müddət cüdo ilə məşğul olub. Uşaq yaşlarından Türkiyənin “Qalatasaray” futbol klubuna azarkeşlik edib.

Vətən müharibəsi başlayandan bir neçə gün sonra – 2020-ci ilin oktyabrın 1-də Orduya könüllü yazılıb. Həmin dövrdə qardaşı Nurlan artıq döyüşlərdə iştirak edirdi.

M.Məmmədov Füzuli, Cəbrayıl, Qubadlının düşmən tapdağından azad olunması üçün döyüşüb. Oktyabrın 26-da Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!