Qubada yol qəzasında 5 nəfər öldü-VİDEObackend

Qubada yol qəzasında 5 nəfər öldü-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 qadın və 2 kişi olmaqla 5 nəfər ölüb.

“Report” un verdiyi məlumata görə hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb.

Belə ki, 10 TS 922 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı qovaq ağacına çırpılıb.

Ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.