Qubada yanğın evlərə keçdi – Bakıdan 2 helikopter göndərildi-Fotobackend

Quba Rayonunun dağ kəndlərində güclü qasırğa müşahidə olunur.

TİA.AZ xəbər verir ki, rayon mərkəzindən 70 km aralıda yerləşən Qarxun kəndində qasırğa yanğınlara səbəb olub.

Sakinlərin verdiyi məluamat görə, güclü külək nəticəsində ot tayalarında başlamış yanğın artıq evlərə və tövlələrə keçib. Hazırda 3 evin yandığı bildirilir.

Qeyd edək ki, Quba Rayon İcra başçısı Ziyəddin Əliyev hadisə yerinə gedib.

***

TİA.AZ  xəbər verir ki, Bakıdan yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyi Qubaya iki helikopter göndərib.