Tribuna İnformasiya Agentliyi

Qubada sex sahibi meşə materialını qanunsuz əldə etdiyinə görə cərimələnib

12 İyun

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçiriblər.

Departamentdən TİA.AZ-a verilən xəbərə görə, Quba rayonu ərazisində keçirilən reyd zamanı Zərdabi qəsəbəsi ərazisində Taleh Qəribova məxsus yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş, həcmi 4,7 kubmetr olan fıstıqcinsli meşə materialı aşkarlanıb. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 812,35 manat məbləğində ziyan tətbiq edilib.