Quba-Xınalıq yoluna 10 tonluq qaya parçası düşdü – FOTObackend

Quba-Xınalıq yoluna 10 tonluq qaya parçası düşdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba-Xınalıq yolunun 36-cı km-də yola düşmüş iri qaya parçası artıq nəqliyyat vasitələrinin hərəkətinə maneə törətmir. 

TİA.AZ xəbər verir ki, hərəkət zolağına düşmüş iri qaya parçası qırağa çəkilib.

Quba 5 saylı Yol İstismar İdarəsinin rəisi Gülağa Əliyevin sözlərinə görə, yolun hərəkət zolağından kənara çəkilən iri qaya parçası qarşıdakı günlərdə xüsusi texnika vasitəsilə doğranılacaq və ya ərazidən uzaqlaşdırılacaq.

Quba-Xınalıq yolunun sahə rəisi Bilal Sultanov deyir ki, yola düşən iri qaya parçasının çəkisi 10 tondan çoxdur.

“Hələlik onu çətinliklə kənara çəkdik ki, nəqliyyat vasitələri yolda normal hərəkət etsin. İndi nəqliyyat vasitələrinin hərəkətində heç bir  maneə yoxdur”.