Tribuna İnformasiya Agentliyi

QRU polkovniki necə zəhərlənib? – Detallar

10 Mart

Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya böyük ehtimalla öz evlərində zəhərləniblər.

Axar.az xəbər verir ki, bu barədə “Teleqraf” yazıb.

İnsident nəticəsində yerli polis idarəsinin əməkdaşı serjant Nik Beyli də ağır şəkildə zərər görüb. Belə ki, ata və qızı huşsuz və ağır vəziyyətdə şəhər parkında tapılandan bir neçə saat sonra Beyli onların evinə gəlib və burada zəhərlənib. Ancaq Skripallara parkda ilkin tibbi yardım edən həkimə heç nə olmayıb.

Nəşrin iddiasına görə, Skripalları küçədə və ya restoranda deyil, öz evlərində zəhərləyiblər.

Qeyd edək ki, martın 5-də Skripallar zəhərlənib və hazırda ağır vəziyyətdədirlər. Britaniya hüquq-mühafizə orqanları Rusiyanın keçmiş xəfiyyəsini zəhərlədiyi iddiasındadır və bu yöndə araşdırmalar aparılır.

Skripalın Rusiya kəşfiyyatının Britaniyada yerləşmə və işləmə taktikası ilə bağlı bu ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi bildirilir.