“QOY O DA İLHAM ƏLİYEV KİMİ HƏRƏKƏT EDİB…” – HƏMİD HERİSÇİDƏN İRAN PREZİDENTİNƏbackend

“QOY O DA İLHAM ƏLİYEV KİMİ HƏRƏKƏT EDİB…” – HƏMİD HERİSÇİDƏN İRAN PREZİDENTİNƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkmənçay, Araz bizim təkcə xalqımızı deyil, dövlətimizi ikiyə parçalayıb. Mən həmişə düşdüyümüz çətin vəziyyəti belə dəyərləndirmişəm. Bizim Səfəviyyə imperiyası ikiyə parçalanıb.
Rəqibimiz də eynidir – dünya supergücləri. Azərbaycan misalında bu supergüclər Minsk Qrupunun 5 üzvüdür. İran misalında isə Atom dosyesini guya nizamlayan dünya beşliyi…”

TİA.Az xəbər verir ki, konspiroloq-yazıçı Həmid Herisçi İranda prezident seçkilərinin qalibi olan İbrahim Rəisi ilə bağlı bunları yazıb. Onun fikrincə, Ərdoğanın dediyi kimi dünya beşdən ibarət deyil: “Azərbaycan Cumhuriyyəti bu beşliyi, yəni Minsk beşliyini son 44 günlük müharibədə vecinə almayıb öz tarixini qələbəsini əldə etdi.

Top, indi İranın meydançasındadır. İbrahim Rəisinin çəkməsi ucundadır. Qoy o da İlham Əliyev kimi hərəkət edib dünya beşliyinə ucadan “Yox!” desin.

O da deyir artıq…o da deyir ki, dünyanın, İranın, o cümlədən hər iki Azərbaycanın taleyini dünya beşliyi, yəni BMT-nin Təhlükəsizlik Şurası üzvləri həll edə bilməz. Bu sinxronluq şəxsən məndə gələcəyə ümid yaratdı. Araz mənim aşığımdan, topuğumdan deyil, həmişə boğazımdandı”.

TİA.Az