Tribuna İnformasiya Agentliyi

“Qoy, hamı burada qoyun kimi oturub qulaq assın” – İnstitutda QALMAQAL

16 Yanvar

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədovadan institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsi geniş müzakirəyə səbəb olub.

TİA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, video sosial şəbəkələrdə yayılıb.

“Xəstəni atdılar ortaya ki, sən apar. Mən haradan bilim ki, o xəstədə “emdiardı”, “eksdiardı”. Bəlkə, bu sizin “zakazınızdır”. Mənim əlimdə sübutlar var. Xəstənin üç analizi var. Birində yazılıb, “rifamiçin”ə qarşı həssasdır, digərində – davamlıdır. Siz burada oturub camaata torba tikməklə məşğulsunuz. Mən bu cəfəngiyyata qulaq asan deyiləm. Qoy, hamı burada qoyun kimi oturub qulaq assın. Mən sizə qulaq asan deyiləm”, – Səbinə Məmmədova deyib.

Bu sözlərdən sonra o, zalı tərk edib.

Qeyd edək ki, Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru vəzifəsinə ötən ilin mart ayında təyin olub.