Tribuna İnformasiya Agentliyi

Qoşqar Təhməzli: Halallıq sertifikatı təhlükəsizlik göstəricisi deyil

14 Mart

Tez xarab olan ərzaq məhsullarını daşıyan nəqliyyat vasitələri, ictimai iaşə müəssisələri ilə bağlı standartlar müəyyənləşdiriləcək.

TİA.AZ  xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli  bildirib.

Q.Təhməzli təndirlərin bağlanacağı ilə bağlı suala cavabında deyib ki, təndirlər Azərbaycanda qədimdən mövcuddur. Təndirlərin ləğvi nəzərdə tutulmur.

O, halal standartının necə veriləcəyinə də aydınlıq gətirib:

“Halallıq sertifikatı təhlükəsizlik göstəricisi deyil. Halallıq göstəricisi könüllülük şəklində formalaşdırılmalıdır. Yəni Qida Təhlükəsizliyi Agentliyi sahibkarların könüllü müraciəti  əsasında ekspertiza keçirib, məhsulun tərkibində donuz ətinin olub-olmadığına rəy verəcək. Sahibkarlar halallıq sertifikatı almağa məcbur deyillər”.

Agentliyin rəhbəri deyib ki, məhsulun halallığının yoxlanması məcburi xarakter daşımır, könüllük əsasında həyata keçirilməlidir:

“Hər hansı ekspertiza qurumu məhsula halallıq rəyi verə bilməz. Məhsulun tərkibində donuz ətinin olub-olmaması onun halallığını təyin etmir. Məhsulun halallığı dini ayinlərlə təyin edilir”.