Qorxmaz Hüseynovun korrupsiyasının qurbanı: həbsdə olan Elman Məmmədovun ailəsi etiraz edir…backend

Qorxmaz Hüseynovun korrupsiyasının qurbanı: həbsdə olan Elman Məmmədovun ailəsi etiraz edir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl həbs edilən və hazırda məhbus həyatı yaşayan “Azərsu” ASC-nin tikilməkdə olan obyektlərin Müdiriyyətinin sabiq direktoru Elman Məmmədovun ailəsi etiraz edir.
TİA.Az-a verilən məlumatda deyilir ki, Məmmədovlar ailəsi onun həbsdə saxlanmasını ədalətsizlik hesab edir və bütün yeyintilərin ayağına yazıldığını bildirir.
Onun rəhbərlik etdiyi Müdiriyyətin əsas vəsifəsi “Azərsu” ASC tərəfindən aparılan bütün tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarəti təmin etmək olub.
Bununla yanaşı, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyinin artırılması da səlahiyyətlərinə aid olub.
Lakin Elman Məmmədovun ailəsinin sözlərinə görə, ASC-nin sabiq rəhbəri Qorxmaz Hüseynov azadlıqda gəzdiyi halda keçmiş direktor mənimsəmələrin tək səbəbkarı kimi cəzalandırılır.
Ailə qeyd edir ki, Q.Hüseynov “Azərsu” ASC-də olan maxinasiyaların, milyonlarla yeyintilərin başında dayanan əsas fiqur olub. Eyni zamanda onun qardaşları Behbud və Faiq Hüseynovlar da ASC-dəki korrupsiyaya bulaşıblar. Yeri gəlmişkən, F.Hüseynov SOCAR-ın Neft qazma trestinin rəis müavinidir, paralel isə qardaşının rəhbərlik etdiyi dövrdə “Azərsu” ASC-dəki mənimsəmə işlərində iştirak edib.
E.Məmmədovun ailəsi bildirir ki, bu şəxslər məsuliyyətə nəinki cəlb edilməyiblər, dövlətə vurduqları ziyanı belə qaytarmayıblar, amma cəzasını bir nəfər həbsdə çəkir.
Həmçinin, Qorxmaz Hüseynovun qaynı Namiq Cəbrayılov əsas tenderlərin müəllifi olub və birbaşa maxinasiyalarda iştirak edib.
Bu şirkətlərdən biri də “Hidro-İnşaat Servis” MMC-dir. Amma heç birinin başından bir tük əksik olmayıb, mal-mülkləri, var-dövlətləri yerindədir.
“Qorxmaz Hüseynov Türkanda tikdirdiyi villasında vertolyot salmaq üçün pul yeyib, amma cəzasını Elman Məmmədov çəkir. Niyə əmlaklarını satıb dövlətə vurulan ziyanı ödəmirlər?


Faiq Hüseynovun şirkətləri, obyektləri var. Nə üçün ondan haqq-hesab soruşulmur? Məgər “Azərsu”da olan talançılığın tək günahkarı Elman Məmmədovdur?
Niyə Qorxmaz Hüseynov Nərimanovda yaxını üçün aldığı villasını satışa çıxarmır?”, – deyə Məmmədovlar ailəsi üsyan edir.
Qeyd edək ki, “Azərsu” prezidentinin qaynının cəlb olunduğu başqa bir şirkət isə “Hidro-Lotus” MMC-dir. Məsələn, Faiq Hüseynovun obyektlərindən biri “Azərsu” ASC-yə inzibati bina kimi icarəyə verilib. Məlumata görə, F.Hüseynov hər ay qurumdan buna görə 18 min manat alır.
Bundan əlavə, onu şəhərin Xətai rayon ərazisində 20-dən çox belə obyekti var. F.Hüseynov həmin əmlakları da ayrı-ayrı sahibkarlıq subyekti kimi arendaya verib. Araşdırma zamanı məlum olub ki, bu obyektlər onun bacanağı olan İlham adlı şəxs tərəfindən idarə edilir.
Eyni zamanda “Nargilə”yə yaxın ərazidə bir obyekti haqda aylıq 25 minə icarəyə verib. F.Hüseynov bu obyektlərdən aylıq böyük məbləğdə gəlir əldə edir. Amma yalnız E.Məmmədov “cümlə xəyanətlərə bais” çıxarılıb…

TİA.Az