Tribuna İnformasiya Agentliyi

“Qonşun pisdi, köç qutar”

05 May
“Qonşun pisdi, köç qutar” məsəli boş yerə deyilməyib.
 Qonşuların “müharibəsi” bəlkə də bir az da keçsə, ictimaiyyətin ən qlobal məsələlərindən biri olacaq. İnsanın yaxşı qonşusu olarsa, rahatlığı da  olar. Ancaq təəssüf ki, bu dövrdə yaxşı qonşu tapmaq çox çətindir. Hətta elə yerlər var ki, insanlar qonşu olsalar da, bir-birlərini tanımırlar. Tanıdıqları qonşularıyla da yola gedə bilmirlər. Ancaq nə qədər çətin də olsa, pis qonşuyla yola getməyin qaydaları var.
Moderator.az onları sizə təqdim edir.
– Ev almadan əvvəl qonşuları araşdırın.
– Tanış olarkən dost olmağa çalışın.
– Evinizə qonaq çağırın.
– Təzə qonşunuza “xoş gəldin” ziyarətinə gedin.
– Onu başa düşməyə çalışın.
– Şəxsi həyatına qarışmayın.
– Bağınızı paylaşmağa çalışın.
– Lazımdırsa, yazılı əlaqə yaradın.
– Şirindil olun.
– Gülərüz davranın.
–  Kömək edin.
–  Lazım gəlsə, hesabat yazın.
– Gərəkdisə polis belə çağırın.