Tribuna İnformasiya Agentliyi

Qonşularına əsəbləşdi, Kaliforniyanı yandırdı (FOTOLAR)

11 Avqust
Kaliforniyada bir neçə həftədir davam edən meşə yanğınlarının səbəbi məlum olub.
Qaynarinfo xəbər verir ki, tarixinin ən böyük yanğını ilə mübarizə aparan ştatdakı fəlakətin qonşusuna əsəbləşən şəxs tərəfindən törədildiyi müəyyənləşdirilib.
Ştatın 18 fərqli bölgəsində müşahidə edilən, 13 nəfərin ölümünə səbəb olan yanğın qonşuları ilə mübahisə edən Forrest Klark tərəfindən törədilib. Yanğının miqyası quru və küləkli hava səbəbilə daha da artıb. Həbs edilən Klarkın növbəti məhkəməsi 17 avqustda keçiriləcək. Onun 1 milyon dollar ödəməsi tələb edilir.
Qeyd edək ki, yanğının dumanı Kanadaya qədər çatır və 600-dən çox yanğınsöndürən, həmçinin Avstraliya və Yeni Zellandiyadan yanğınsöndürənlər prosesə cəlb edilib.