Qondarma lider rus sülhməramlıların ölkədən çıxması fikrinə reaksiya verdibackend

Qondarma lider rus sülhməramlıların ölkədən çıxması fikrinə reaksiya verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qondarma Dnestryanı Moldaviya Respublikasının rəhbəri Vadim Krasnoselski “Parlamentskaya Gazeta”ya verdiyi müsahibədə Kişinyovun bölgədən rus qoşunlarının çıxarılması problemini qaldırmasına reaksiya verib.
TİA.AZ xəbər verir ki, Moldovanın bir qədər əvvəl seçilmiş prezidenti Maya Sandu silah anbarını qoruyan Rusiya Qüvvələrinin Əməliyyat Qrupunun Dnestryanı ərazidən çəkilməsi və silahların özləri tərəfindən ləğvi ilə bağlı müraciət edib. O, həmçinin ATƏT-i bölgədə təmsil edən mülki müşahidəçilərin sülhməramlıların yerinə buraxılması təklifini irəli sürüb.
Krasnoselski hesab edir ki, bu cür bəyanatlar siyasi xarakter daşıyır və Kişinyov ilə Tiraspol arasındakı dialoq üçün diqqəti real gündəmdən yayındırmaq məqsədi daşıyır. O, sülhməramlı əməliyyatın formatının dəyişdirilməsi üçün heç bir hüquqi əsas və şəraitin olmadığını bildirib. Qondarma respublikanın rəhbəri əlavə edib ki, onlar Moldova siyasətçilərinin “ciddi problemlərin məzmunundan uzaq” səs-küylü bəyanatlarına öyrəşiblər.