backend

Qod Nisanov kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qod Nisanov 1972-ci il mayın 24-də Quba rayonunun Qırmızı qəsəbəsində anadan olmuşdur. Bakıda Maliyyə-kredit Texnikumu, sonra isə Hüquq İnstitutunu bitirmişdir. 1990-cı ildə “AST” kampaniyasında işləmişdir. TİA.AZ  “Xaricdəki məşhur azərbaycanlılar” rubrikasını davam etdirir. Rubrikanın bugünkü qəhrəmanı Rusiyada fəaliyyət göstərən yəhudi əsilli azərbaycanlı iş adamı Qod Nisanovdur.

Qod Nisanov 1972-ci il mayın 24-də Quba rayonunun Qırmızı qəsəbəsində anadan olmuşdur. Bakıda Maliyyə-kredit Texnikumu, sonra isə Hüquq İnstitutunu bitirmişdir. 1990-cı ildə “AST” kampaniyasında işləmişdir.

 2001-ci ildə Lyublinoda şəriki Zarah İliyevlə birgə “Moskva” ticarət mərkəzini açmış, 2005-ci ildə isə “Biskvit” kompaniyasını və “Ukrayna” otelini almışdır. 2006-cı ildə isə “Avropa” otelini açmışdır. 2000-2005-ci illərdə “Doymond Katters” MMC-də çalışmışdır.

2005-ci ildən “Kiyevskaya Ploşad” holdinqin idarə heyətinin sədridir.

4 iyul 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki  xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

14 yanvar 2014-cü ildə Rusiya Federasiyası Prezidentinin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunmuşdur.

Qod Nisanov son dəfə Azərbaycan mətbuatının gündəminə guya Bakı Bulvarında 15 mühafizəçi ilə dolaşması ilə gəlib. Bir sıra KİV-lər bu məqam ətrafında uzaqgedən nəticələr çıxararaq, Qod Nisanovun xalqdan çoxsaylı mühafizəçilərə qorunduğunu iddia ediblər. Editor.az bu məsələ ətrafında kiçik bir araşdırma aparıb. Bəlli olub ki, Bakı Bulvarında 15 mühafizəçinin və polislərin qoruduğu şəxs heç də iddia edildiyi kimi yalnız Qod Nisanov olmayıb. Bu gücləndirilmiş mühafizə Bakıya Qod Nisanovun dəvəti əsasında gələn və rəsmi səviyyədə görüşlər keçirən bir sıra mühüm xarici qonaqlar üçün təşkil edilib.

Qod Nisanov uzun illərdir ölkəmizdən kənarda yaşamasına baxmayaraq, Azərbaycanla Rusiya arasında əlaqələrin möhkəmlənməsində,  Rusiyadakı Azərbaycan diasporunun inkişafında müstəsna xidmətləri olan həmyerlilərimizdəndir. Onun nəninki yalnız Rusiyada, dünyanın bir sıra ölkələrində Qarabağ həqiqətlərinin dünyada təbliği, Azərbaycanın milli maraqlarının qorunması sahəsindəki lobbiçilik fəaliyyəti hər kəsə bəllidir. Zaman- zaman Qod Nisanovun fəaliyyətinə kölgə salmaq məqsədi ilə süni kampaniyalar təşkil edilməsinə baxmayaraq, o, Azərbaycanın təbliği naminə fəaliyyətinə bir an belə fasilə verməmişdir.

Qod Nisanov eyni zamanda Rusiyadakı azərbaycanlıların dayağı kimi də cəmiyyətə yaxşı tanışdır.

Təsadüfi deyil ki, bugünlərdə(1 iyun 2016-cı il ) Qod Nisanov  “Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.