“Qobu Park” sakinləri üç gündür susuzdur – FOTObackend

“Qobu Park” sakinləri üç gündür susuzdur – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaradağ rayonu Lökbatan qəsəbəsi “Qobu Park-2” yaşayış massivində üç gündür su yoxdur.

Bununla bağlı sakinlər Oxu.Az-ın redaksiyasına müraciət ediblər.

Onlar bildirirlər ki, gün ərzində yaşayış massivinə 1-2 saat su verilir:

“Həmin saatların da hansı aralıqda olduğunu bilmirik, xəbərimiz olmayanda elə 24 saat susuz qalırıq. Bəzən gecə saatlarında gəlir, kəsilir, su götürə bilmirik. Yayın günü suya tələbatın artdığı vaxtda susuzluqdan üç gündür əziyyət çəkirik. Eyni problem bir müddət əvvəl də yaşanmışdı. 19-cu binanın qarşısından keçən su borusu partlamışdı. Gəlib boruların deşiklərini çüylə tutaraq getmişdilər. İndi yenə eyni yerdən boru deşilib”.

Sakinlərə “Qaçqınkom” və MTK əməkdaşları məsuliyyəti “Azərsu” ASC-nin daşıdığını deyirlər:

“Hazırda “Azərsu”yun qəza xidmətini də əraziyə çağırmışıq, imtina ediblər. Gəlmirlər”.