QMİ: “Bu il ziyarət OLMAYACAQ” – Həccə gizli necə gedirlər?backend

QMİ: “Bu il ziyarət OLMAYACAQ” – Həccə gizli necə gedirlər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il də Azərbaycandan Həcc ziyarəti baş tutmayacaq.

Bu barədə məlumatı Bizim.Media-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat katibi Rəhimə Dadaşova bildirib.

O, pandemiya səbəbindən ziyarətin bu il də həyata keçirilməyəcəyini qeyd edib:

“Bu il Həcc ziyarətinə Azərbaycanda gedən olmayacaq. İdarəyə onunla bağlı rəsmi məlumat daxil olmayıb. Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından Azərbaycana məktub daxil olmayıb. Azərbaycanda Həcc ziyarətini təşkil edən yeganə qurum olduğumuza görə məktub bizə daxil olmalıydı”.

Məlumat üçün bildirək ki, Azərbaycanın bəzi bölgələrindən qeyri-rəsmi olaraq Həcc ziyarətinə getmək üçün müraciət edənlər var. Hətta Həccə gedənlərin çoxunun cənub bölgəsindən və Gəncədən olduğu bildirilir. Zəvvarlar ölkədən turist kimi çıxaraq Səudiyyəyə yol alırlar.

Söylənilənə görə, dindarlar üçün Türkiyə üzərindən bu vacibatı həyata keçirmək mümkündür. Rəhimə Dadaşova isə bununla bağlı suala cavab vermək istəməyib. O, deyib ki, QMİ yalnız rəsmi məlumata cavabdehdir.

Qeyd edək ki, COVİD-19 pandemiyası səbəbindən ötən il də Azərbaycandan Həcc ziyarəti təxirə salınmışdı.