Tribuna İnformasiya Agentliyi

“Qlobal-Elekto”-nun qlobal uğurunun altında nə yatır?-21 milyonluq müqavilə

16 Oktyabr

Tia.az xəbər verir ki,iqtisadçı ekspert Natiq Cəfərli özünün facebook hesabında nizamnamə kapitalı cəmi 10 manat olan şirkət  ilə bağlı  maraqlı status paylaşıb.  Həmin statusda ekspert bildirir ki,cəmi 1 il əvvəl may ayının günəşli, quşların cəh-cəh vurduğu, ağacların çiçək açdığı bir günündə Quba rayonunun Nugədi kəndində nizamnamə kapitalı cəmi-cümü 10 manat olan “Qlobal-Elektro” MMC adlı şirkət təsis edilib:
“”Azərişiq” adlı daha bir “uğur simvolu” bu ilin aprelində “Qlobal-Elektro” MMC-dən 1 milyon 46,4 min manatlıq müxtəlif məhsullar satın alıb.
18 iyul 2019-cu il tarixində də “Azərişıq” ASC “Qlobal-Elektro” MMC ilə müqavilə imzlayıb. Müqavilə müxtəlif kabellərin satın alınmasını nəzərdə tutur və məbləği 18 milyon 774 min 346 manatdır.
Onu da deyim ki, “Qlobal-Elektro” stehsalçı şirkət deyil, yəni “gözəl” korrupsiya ideyalarından başqa heç nə istehsal etmir.
İndiyədək “Azərişıq” ASC “Qlobal-Elektro” MMC ilə ümumi məbləği 21 milyon 742 min manat olan 6 müqavilə imzalayıb və bu şirkətdən kabeldən tutun da tualet kağızına qədər müxtəlif mallar alıb”.

Daha sonra iqtisadçı statusunda məsələyə ironik yanaşaraq  “Qlobal-Elekto”-nun qlobal uğurunun altında nə yatır? sualını verir və cavabı test üsulu ilə tapmağı təklif edir:

“Cavab variantları:
a) Bəxt, b) Uğur duası, v) Təsadüf, q) Qalstuklu məmurlarla dost-qohumluq əlaqələri.
Doğru cavabı tapıb Hesablama Palatasına göndərin”.