Qlobal Ekologiya Fondunun İşçi Qrupunun  görüşü keçirilirbackend

Qlobal Ekologiya Fondunun İşçi Qrupunun görüşü keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qlobal Ekologiya Fondunun (QEF) İsveçrə, Azərbaycan və Mərkəzi Asiya ölkələrini birləşdirən İşçi Qrupunun 19-cu görüşü keçirilir.

16-18 aprel 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən görüşün məqsədi 2019-2022-ci illər üzrə həyata keçiriləcək fəaliyyətlər, əldə olunan təcrübələr, davamlı inkişaf məqsədlərinə nail olunmasında QEF-in rolu vəFondun növbəti Şurasının gündəliyinə daxil ediləcək məsələlərlə bağlı müzakirələrin aparılmasıdır.

TədbirdəDünya Bankı, BMT-nin İnkişaf Proqramı və Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Qafqaz üzrə Regional Ekoloji Mərkəzin Azərbaycan ofisi və digər təşkilatların nümayəndələri iştirak edir.

Qeyd edək ki, görüş çərçivəsində Qızılağac Milli Parkına səfərtəşkil olunacaq.