Tribuna İnformasiya Agentliyi

Qızmar istilər balıqların kütləvi qırılmasına səbəb olub

11 Avqust

Çexiyanın Brjetslav şəhəri ətrafında balıqların kütləvi qırılması qeydə alınıb.

TİA.AZ xəbər verir ki, hadisə təqribən 300 hektar ərazini əhatə edən, Moraviyanın ən böyük, ölkənin ən iri süni balıq göllərindən biri olan Nesytda baş verib. Güclü istilər nəticəsində 40 ton balıq tələf olub. Təsərrüfata milyonlarla kron ziyan dəyib.