Tribuna İnformasiya Agentliyi

Qızlarının adını “Abcde” qoyan ailə hava yolu şirkətinə şikayət məktubu göndərdi – MARAQLI

01 Dekabr
ABŞ-da hava yolu şirkəti “Soutwest”in əməkdaşı 5 yaşlı sərnişin “Abcde”nin adını minmə kartında görəndə gülüb.  Vəzifəli kartın fotoşəkilini çəkib sosial mediada paylaşdığı üçün şirkət uşağın ailəsindən üzr istəyib.
Moderator.az xəbər verir ki, hadisə Kaliforniya əyalətindəki “Con Ueyn” hava limanında baş verib. Traki Redford və qızı Abcde təyyarəyə minən zaman qapıçı gülməyə başlayıb.
Daha sonra minmə kartının fotoşəkilini çəkib sosial mediada paylaşdıqdan sonra qızın ailəsi şirkətə şikayət məktubu göndərib. Bundan iki həftə sonra şirkət rəsmiləri ailədən üzr istəyib,
Qeyd edək ki, ABŞ-da Abcde adlı ən az 328 uşaq var.