Tribuna İnformasiya Agentliyi

“Qızların kütləvi şəkildə siqaret çəkməsi….” – Deputatdan etiraz

30 Yanvar

“İnsanı xərçəngə yaxınlaşdıran əsas şeyin siqaret olduğunu alimlər də müəyyənləşdiriblər. Bir şeyi də qeyd edim ki, dünyada ən məzmunsuz siqareti bəlkə də Türkiyədə, xüsusilə də qadınlar çəkirlər”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Türkiyədə qadınlar arasında siqaret çəkmə halları geniş yayılıb:

“Türkiyə cəmiyyətində ən zəhləm gedən şey gənc qzıların kütləvi şəkildə siqaret çəkməsidir. Universitetin qarşısında onlarla qzın siqareti məhz moda olaraq istifadə etdiyini sezirsən. Sabah ana olacaq bu insanların valideynləri necə olur ki, bu cür davranışlarının qarşısını almağa səy göstərmirlər?

Azərbaycanda heç olmasa, bu cür toplum içində açıq formada qızlar siqaret çəkməyə risk etmirlər. Siqaret çəkən dindarları isə ümumiyyətlə, anlamaqda çətinlik çəkirəm. İmandan danışa-danışa bir növ uyuşdurucu sayılan siqaretə baş vurmaq imanın zəifliyinin fikrimcə, birinci şərtidir. Türkiyə Dəyanət Vaqfı Başqanının son addımını, yəni Həcc ziyarətinə siqaret çəkən din adamlarının aparılmayacağını bəyan etməsini də təqdirlə qarşılayıram. Əslində bu tərbiyəvi məqsədlə atılan bir addımdır”.

Fazil Mustafa bildirib ki, hər birimiz çevrəmizdəki əlçatan insanları inandıraraq siqaretdən uzaqlaşdırmalıyıq:

“Yalnız qanunla, cərimələrlə bu iş yürüməz”.