“Qızlar Universitetinə qəbul olunan oğlan bizi ittiham edirdi” – DİM sədribackend

“Qızlar Universitetinə qəbul olunan oğlan bizi ittiham edirdi” – DİM sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən il III qrupdan bir nəfər oğlan Qızlar Univeristetinə qəbul olmuşdu. Həmin şəxs Dövlət İmtahan Mərkəzini (DİM) ittiham edirdi. Ancaq yerləşdirməni biz yox, həmin şəxs özü edir. Onun müəllimi də abituriyentin qəbulu naminə ali təhsil müəssisənin hara olduğunu nəzərə almadan ixtisas seçimi etmişdi”.

“Report” xəbər verir ki, bunu DİM-nin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O, Qızlar Universitetində oğlanların oxuması üçün qadağa olmadığını xatırladıb: “Amma ümumilikdə oranı qızlar seçir. Odur ki, ixtisas seçimi edərkən diqqətli olmaq lazımdır və bunu da məhz abituriyent özü və ya valideyni etməlidir”.

M.Abbaszadə bildirib ki, bu il qiyabi təhsil üçün 425 plan yeri ayrılıb.