Qızını velosipedlə dərsə aparan ata: zibillikdən dəmir toplamaqla çörəkpulu qazanırbackend

Qızını velosipedlə dərsə aparan ata: zibillikdən dəmir toplamaqla çörəkpulu qazanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün sosial şəbəkələrdə kiçik qızını velosipedlə dərsə aparan bir atanın fotosu paylaşılıb. Fotoşəkilə yazılan şərhlərdən məlum olub ki, mənzərə sosial şəbəkə istifadəçilərini çox duyğulandırıb.

Bir atanın qızına qarşı bu cür cəfakeşliyi hər kəsi riqqətə gətirib.

TİA.AZ xəbər verir ki,Modern.az fotonun qəhrəmanı Vüqar Əliyevi taparaq, onunla qısa söhbət edib.

Astara rayonu Qapıçməhəllə kəndində yaşayan Vüqar Əliyev ağır sosial vəziyyətdə olsa da, 2 övladının təhsildən geri qalmamasına çalışdığını deyib.

“Səhər-səhər oğlumu, günorta isə qızımı dərsə aparıram. Oğlum birinci sinifdə, qızım məkətəbəqədər hazırlıq qrupunda təhsil alır. Qaldığımız ev məktəbdən çox aralıdır, ona görə də uşaqları dərsə velosipedlə özüm aparıram. Onların oxumasını, ali təhsil almasını çox istəyirəm. Gələcəkdə mənim kimi övladlarının yanında boynubükük olmalarını istəmirəm. Çətin dolanırıq, amma boğazlarından haram loxma keçirməmişəm, övladlarımı halal zəhmətimlə böyüdürəm. Zibillikdən dəmir-dümür toplayıb satıram, çörəkpulumu çıxarıram”.

Ağır sosial durumda yaşayan Vüqar Əliyev müvafiq qurumlardan kömək istəsə də, bir nəticə hasil olmayıb.
“Hazırda qaldığımız evi oğlumun müəlliməsinin tanışlığı ilə bizə veriblər. Bu ev onun yaxınındır. Müvafiq orqanlara ev məsələsi ilə bağlı müraciət etsəm də, nəticəsi yoxdur. Sosial yardım almağım üçün atam mənə bir sənəd verməlidir, ancaq aramızdakı bir problemə görə vermir. Atamdı nə edə bilərəm ki, əlimdən heç nə gəlmir”.

Qeyd edək ki, sözügedən fotonu Ə.Əliyev adına Astara rayon Qapıçməhəllə kənd ümumi orta məktəbin tarix müəllimi Həbib Əlizadə ictimailəşdirib.