Qızıllarını ərindən xəbərsiz “Lombard”a qoyan qadın polisə yalan məlumat verdibackend

Qızıllarını ərindən xəbərsiz “Lombard”a qoyan qadın polisə yalan məlumat verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə Hövsan qəsəbəsi ərazisində quldurluq faktı barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, qəsəbə sakini olan qadın martın 1-də saat 20 radələrində yaşadığı evə girən 2 nəfərin onu yumruqla vurub əllərini iplə bağlayaraq oradan 2 150 manat, 2 000 ABŞ dolları və 3 000 manat dəyərində qızıl-zinət əşyalarını apardıqlarını bildirib.

Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla qadının quldurluq faktı barədə verdiyi məlumat təsdiqini tapmayıb.

O, izahatında qızıl əşyalarını ərindən xəbərsiz lombarda verməsini etiraf edib.