Qızılağac Milli Parkında yanğın başlayıbbackend

Qızılağac Milli Parkında yanğın başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qızılağac Milli Parkında yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən  TİA.AZ-a verilən məlumata görə, Lənkəran şəhəri Balıqçılar qəsəbəsində taxıl zəmisində baş verən yanğın külək nəticəsində Qızılağac Milli Parkının ərazisinə keçib.

Yanğının söndürülməsinə dərhal milli parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub.

Hazırda yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində işlər aparılır.