Qızılağac Milli Parkında ov edən şəxs saxlanılıbbackend

Qızılağac Milli Parkında ov edən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən milli parkın su-bataqlıq ərazisində ov edən şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən TİA.AZ-a bildiriblər ki, araşdırma zamanı brakonyerin Masallı rayonunun Xırmandalı kənd sakini İsaq Qasımov olduğu müəyyənləşib. Ondan ov tüfəngi və ovlanmış iki çöl donuzu götürülüb.

Təqsirkar şəxs barəsində qanunauyğun tədbirlərin görülməsi üçün Lənkəran Rayon Polis Şöbəsinə müraciət olunub.