Tribuna İnformasiya Agentliyi

“Qızıl top” mükafatına namizədlərin adları açıqlanıb

08 Oktyabr
FIFA və “France Football” jurnalı 2018-ci ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl top” mükafatına namizədlərin adlarını açıqlayıb.
TİA.AZ  xəbər verir ki, siyahıya ilk olaraq beş namizədin adı daxil edilib. İlk beşlikdə Serxio Aqüero (“Mançester Siti”; Argentina), Qaret Beyl (“Real Madrid”; Uels), Kərim Benzema (“Real Madrid”; Fransa), Alisson Bekker (“Liverpul”; Braziliya), Edinson Kavani (“PSG”; Uruqvay) yer alıblar.
Mükafat uğrunda 30 futbolçu mübarizə aparacaq. Qalan namizədlərin adları gün ərzində açıqlanacaq.
“Qızıl top” mükafatının təqdimatı dekabrın 3-də Parisdə keçiriləcək. Təqdimetmə mərasimində, həmçinin ilk dəfə olaraq ən yaxşı gənc oyunçu və ən yaxşı qadın futbolçuya da mükafatlar təqdim ediləcək.
“France Football” jurnalı 1956-cı ildən etibarən ilin ən yaxşı futbolçusunu təltif edir. Bu mükafatın ilk qalibi ingiltərəli Stenli Metyuz olub. Kriştiano Ronaldo və Lionel Messi bu mükafatı ən çox qazanan futbolçulardır – hərəyə beş dəfə.