Qızı Rüstəm İbrahimbəyovun vəfatından yazdıbackend

Qızı Rüstəm İbrahimbəyovun vəfatından yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Atam həyatdan köçdü. O, təkcə ssenarilər, pyeslər yazan böyük dramaturq deyildi, həm də böyük insan idi”.
TİA.AZ xəbər verir ki, bu sözləri mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qızı Fatimə yazıb. O, atasının vəfatından yazaraq, bunları əlavə edib:
“Müdrik, israrlı, böyükürəkli, saf düşüncəli və vicdanlı. Onun obrazı, örnəyi həmişə bizimlə olacaq və ümid edirəm ki, bir çox insanlar üçün örnək olacaq”.
Fatimə İbrahimbəyova bildirib ki, atası ilə vida mərasimi bazar günü saat 13:00-da Mərkəzi Kino Evinin Böyük zalında (Moskvada) keçiriləcək.
Qeyd edək ki, yazıçı Azərbaycanda dəfn olunacaq.