“Qiymətlərin süni artırılması Azərbaycan ailələrinə ildə 400 milyon manatlıq zərər vurur”backend

“Qiymətlərin süni artırılması Azərbaycan ailələrinə ildə 400 milyon manatlıq zərər vurur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin plenar iclasında çıxış edən deputat Əli Məsimli növbəti dəfə əhalini narahat edən məsələdən – qiymətlərin son vaxtlar sürətlə artmasından bəhs etdi.

Deputat əsas amil kimi bazar iqtisadiyyatınin tələb və təklifinin olduğunu vurğuladı.

“Əhalinin gəlirləri aşağı səviyyədədir. İkinci səbəb kimi dünyada qiymətlərin artmasını göstərirlər”, deyən Ə.Məsimli sənaye məhsullarının qiymətinin digər MDB ölkələri ilə müqayisədə fantastik həddə çatdığını da diqqətə çatdırdı. Deputat süni qiymət artımında bəzi marketlərin istehsal müəssisələrindən əlavə pul aldiqlarını bildirib: “Bu zaman qiymətlər də süni artır. Qiymətlərin süni artırılması Azərbaycan ailələrinə ildə 400 milyon manatlıq zərər vurur”.