Tribuna İnformasiya Agentliyi

“Qiymətlər tənzimlənməlidir”- Siyavuş Novruzov

16 Dekabr

“Xeyli yeraltı dayanacaq tikilib. Amma sürücülərin çoxu burada avtomobil saxlamır. Çünki qiymətləri bahadır”. “Xeyli yeraltı dayanacaq tikilib. Amma sürücülərin çoxu burada avtomobil saxlamır. Çünki qiymətləri bahadır”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, burada qiymətlər tənzimlənməlidir: “Girirsən həmin yeraltı dayanacaqlara və görürsən ki, siçanlar oynayır, maşın yoxdur. Saata bir manat alırlar. Həftədə 5 gün işləyən bir şəxs orada avtomobil saxlayırsansa, aylıq minumum 200 manata yaxın ödəniş edir. Bu qiymətləri tənzimləmək lazımdır. Belə olanda qadağan olunmuş yerlərdə saxlayırlar, ya da 1-2 manatlıq yerlər axtarır. Kim istəyir qoltuğuna bir porkamat vurub gətirib ürəyi istədiyi yerə qoyur. Orada da tıxaclar yaranır. Elə bir qiymət müəyyənləşdirilsin ki, vətəndaşlar orada avtomobil saxlanılsın”.

Spiker Oqtay Əsədov bildirib ki, bunlar düzgün fikirlərdir. Spiker qeyd edib ki, xarici ölkələrin bir çoxunda ticarət mərkəzlərində parklama yerləri pulsuz olur.

Onuda vurğulayıb ki, ölkəmizdə parklama yeri yüksək qiymət qoyursa ora boş qalır.

(Azvision)