“Qiymətlər istəyir 10 dəfə bahalaşsın, ruzini verən Allahdır” – Tahir İmanovbackend

“Qiymətlər istəyir 10 dəfə bahalaşsın, ruzini verən Allahdır” – Tahir İmanov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ruzini verən Allahdır. Ona görə də mən bahalaşmadan çox da narahat deyiləm”.
 
TİA.AZ xəbər verir ki, bu sözləri Bakupost.az-a Əməkdar artist Tahir İmanov unun və bir çox ərzaq məhsullarının bahalaşmasına münasibət bildirərkən deyib.
O bildirib ki, bu məsələləri, əslində, siyasətçilər, iqtisadçılar şərh etməlidir:
“Mən bu haqda heç nə deyə bilmərəm. Ən azından ona görə ki, siyasətçi deyiləm. Bununla bağlı siyasətçilər danışsınlar. O ki qaldı bahalaşmaya, ruzini verən Allahdır. Mən Allaha təvəkkül edirəm. İstəyir 10 dəfə bahalaşsın. Allah ruzini verirsə, problem yoxdur”.