“Qiymətlər “əl yandırır”!: Bahalaşmanın səbəbləri SADALANDI – “Qərar verilsin!”backend

“Qiymətlər “əl yandırır”!: Bahalaşmanın səbəbləri SADALANDI – “Qərar verilsin!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə ərzaq məhsullarının qiymətində ciddi artım baş verib. Bahalaşma demək olar ki, bütün məhsullarda müşahidə olunur. Yağ, qənd, şokolad, meyvə-tərəvəz və digər ərzaqlar əvvəlki qiymətindən xeyri dərəcədə fərqlənir.
Zaman-zaman süni qiymət artımına rast gəlsək də, bütün növ məhsulların bahalaşması mövcud durumun ciddiliyindən xəbər verir. Bəs, bahalaşmanın qarşısını almaq üçün nə kimi tədbirlər görülə bilər?

İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a bildirib ki, ölkəmizdə qiymət artımının müxtəlif səbəbləri var:

“Obyektiv səbəb odur ki, dünyada da ərzaq indeksində kifayət qədər ciddi qiymət artımı müşahidə olunur. Son 1 il ərzində dünyada ərzaq məhsulları təqribən 10 faiz bahalaşıb. Bunun da bütün ölkərə, o cümlədən Azərbaycana təsiri var.

Subyektiv, həm də daxildən qaynaqlanan səbəblər daha çoxdur. Son günlər ölkəmizdə qiymətlərin yüksəlməsinə süni artım deməzdim.

Çünki kənd təsərrüfatı və aqrar sektorda olan məhsulların qiymətinin artacağına dair yanvar-fevral aylarında xəbərdarlıq edirdik. Çünki dizel yanacağının qiymətinin bahalaşması artıq yeni məhsulların bazara çıxarılmasına öz təsirini göstərəcəkdi.

Aqrar sahədə məhsulların əkini, biçini, toplanıb bazara çıxarılmasında ciddi bahlaşma müşahidə olunur. Bütün bunlar ərzaq məhsullarının qiymət artımına təkan verən amillərdir. Ona görə son zamanlar bahalaşma daha da sürətlənib. Bu, həm dizel yanacağı ilə əlaqədardır”.

İqtisadçı qeyd edib ki, dünyada gedən proseslər Azərbaycana gətirilən məhsulların qiymətində yüksəlməyə səbəb olur:

“Süni səbəblər sırasına daxil edəcəyimiz faktlar bundan ibarətdir: Ölkəmizdə bəzi yerli istehsalçılar var ki, bazarın böyük hissəsinə nəzarət edirlər. Məsələn bazarın 30 faizdən yuxarısına nəzarət edən şirkətlər mövcuddur. Onların bu inhisarçı mövqeyi bazarda qiymətlərin diqtə olunmasında əsas rol oynayan amillərdən birinə çevrilir. Burada daha çox istehsalçının bazara çıxmasına şərait yaratmağa, gömrük rüsumları ilə bağlı yeni qərarların verilməsinə ehtiyac var. Hökumət tərəfindən bu tipli addımlar atılsa, qiymət artımını azaltmaq mümkün olar”.